Təbriz Cəza Məhkəməsinin 118 saylı şöbəsi tərəfindən doktor Zehtabinin
anım mərasimində iştirak etdiyi üçün azərbaycanlı türk fəal İbrahim
Asimani (Azəroğlu) 3 ay 1 gün həbs cəzasına məhkum olunub.
Azərbaycanlı milli fəal əvvəllər də dəfələrlə həbs edilib.
İbrahim Asimani (Azəroğlu) sonuncu dəfə 2024-cü ilin sentyabrında
Azərbaycanın jurnalisti və yazıçısı Zöhrə Vəfainin Təbrizdə
rəhmet vadisində dəfn mərasimi zamanı kəşfiyyatçılar tərəfindən
həbs edilmişdir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.