Axı siz Prezidentsiniz…

İran sakinləri Prezident Məsud Pezeşkiana birbaşa müraciət edərək
yoxsulluğun son mərhələsini yaşadıqlarını bildiriblər.
“Biz etiraz edirik, cənab Pezeşkian! Birbaşa və açıq şəkildə etiraz edirik! Siz
prezident seçiləndə bu ölkənin pulu indikindən 57% qiymətli idi. Başqa sözlə
desək, o zaman 1 ABŞ dollarını 59 min tümənə almaq olurdu, indi isə 92 min
550 tümənə!
Məlum da deyil ki, bir gün, hətta bir saat sonra nə olacaq! Axı siz prezidentsiniz,
hökumət də sizin ixtiyarınızdadır. Əgər siz əvvəlki kimi parlamentdə
otursaydınız, şübhəsiz ki, hazırkı prezidentə etiraz edərək “bu vəziyyət nədir?”
deyə soruşardınız!”
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.