İsveçdən: XOCALI SOYQIRIMI konfransımız, 26 Fevral 2025

/Səadət Kərimi, 20250227.
Proqramda Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımı müzakirə edilir və Azərbaycan xalqının bu xüsusda etməli və edə biləcəyi əməllər barədə danışıldı.
Konfrans İsveçdə fəaliyyət göstərən GOBUSTAN – AZƏRBAYCANLI AYDINLAR OCAĞInın başqanı SƏADƏT KƏRİMİ tərəfindən təşkil edilmişdir.
Konfransın əsas məruzəçisi “TİQRANİZM XOCALIDA” kitabının müəllifi ELUCA ATALIdır.
Konfransın MODERATORU AYDA AMİR HAŞİMİDİR,
Konfransa İsveç, Azərbaycan, Türkiyə, Rusiya, İran, Kanada və b. ölkələrin müxtəlif şəhərlərindən yurddaşlarımız qatılmışlardır. ŞƏHİD general POLAD HƏŞİMOVUN bacısı KƏMALƏ xanım HƏŞİMOVA proqramın özəl qonağı oldu.
Buyurun dinləyin və maarifləndirmə işinə və sosial-ictimai rəyin formalaşmasına dəstək vermək üçün paylaşın.

Şərhlər bağlıdır.