Heç şey müqəddəs deyil, yalnız insanın dünyəvi rifahı və xoşbəxtliyi!

İranda demokratiya haqqında çox düşünüb çox şey oxumuşam. Bu nəticəyə
gəlmişəm ki: İran kimi çoxmillətli, çoxdilli, çoxmədəniyyətli, çoxdinli,
demokratiya ənənəsi olmayan; irqi ayrı-seçkiliklə dolu, geri qalmış iqtisadiyyata
malik, kasıb, cahil və xurafatçı kütlələrin yaşadığı bir ölkədə demokratiya
qurmaq mümkün deyil. Bu ölkədə, məsələn, bir Bəhai məzhəbli vətəndaşın ölkə
prezident olması təsəvvür edilə bilməz. Milli Məclisdə azərbaycanlı türkün və
ya Əlahvaz Ərəbin öz ana dilində tribunadan çıxış etməsi və həmin çıxışın digər
etnik nümayəndələrə tərcümə olunması təsəvvür edilə bilməz. Bir Bəlucun
uşaq bağçasından universitetin son kursuna qədər öz ana dilində təhsil almaq
hüququna malik olması təsəvvür edilə bilməz. Bütün etnik qrupların praktik
olaraq bərabər hüquqlara malik olması təsəvvür edilə bilməz. Bir qadının ölkə
prezidenti və ya müdafiə naziri olması təsəvvür edilə bilməz. Din və məzhəbin
ölkənin konstitusiyasından, cinayət və mülki qanunlardan əl çəkməsi təsəvvür
edilə bilməz. Söz; mətbuat və yığıncaq azadlıqların bərpa olması təsəvvür edilə
bilməz. Paniranistlərin və panfarsistlərin qanunsuz imtiyazlarından əl çəkməsi
təsəvvür edilə bilməz. Ayətullahların və höccətülislamların xalqı aldatmaqdan
əl çəkməsi və islam dinini insanların düşüncə və fikirlərinin inkişaf etdirmək
vasitəsi kimi istifadə etməsi təsəvvür edilə bilməz. Oğru və hakimiyyətpərəst
siyasətçilərin dövlət büdcəsini talan etməkdən əl çəkməsi təsəvvür edilə bilməz.
Müasir sivilizasiyanın əsas elementləri olan humanizm, plüralizm,
sekulyarizmin cəmiyyətdə bərqərar olması təsəvvür edilə bilməz.
Belə olan halda və bu şərtlər altında, mən, İranda ictimai-siyasi demokratiyanın
qurulmasını tələb edən və mənim fikrimcə arzular və xəyallar dünyasında
yaşayan demokrat və şərəfli insanlara uğurlar arzu edirəm!
Mənim fikrimcə, bəlkə də insanların xilas olması üçün ən yaxşı yol, İran adlı bu
böyük və çürümüş imperiyanın dağılmasıdır. Müxtəlif etnik qrupların dəyərli,
Demokrat, irəlidüşünən və ixtisaslı ziyalıları öz regionlarında yeni yaradılmış
kiçik; müstəqil inzibati vahidləri idarə edə bilərlər və öz bədbəxt insanlarını xilas
etmək üçün bir çarə tapa bilərlər.
Aydındır ki, xəstə və fəlakət vəziyyətdə olan iqtisadiyyatın, mədəniyyətin və
ictimai psixologiyanın şəfası kiçik vahidlərdə daha asan və mümkün olar, nəinki
böyük və çürümüş bir imperiyada.

Ahmad Omid Yazdani – Almaniya

 

Şərhlər bağlıdır.