İRQÇİLƏRİN BÖHTANLARI BİTMİR

Vidadi Mustafayev

28 fevral 2025-ci il tarixində İranın “entekhab.ir” saytı “Bakının İran üçün
təhlükəsi” mövzusunda söhbətin videosunu yayımılayb. Söhbət aprıcınının
mövzu ilə bağlı suallarına iki “professor”un cavablarından ibarətdir. Bunlar
həqiqətən İranın professorlarıdır, amma elementar elmi düşüncədən,
həqiqətdən, ədəb-ərkandan, qonşuluq etikasından, adi insanlıqdan uzaq
adamlardır.
Professorlardan biri yaşlı, digəri görünüşcə cavandır. Amma həm sayt, həm
aparıcı, həm də hər iki professor əsas məsələdə – Azərbaycan Respublikasına
münasibətdə eyni ağılda, zahirən biliksizlikdə və mövqedədirlər.
Sayt Azərbaycan yerinə Bakı deyir.
Yaşlı professor əvvəlcə qərəzdən doğan bir iftiraya əl atır və deyir ki, “Qarabağ
35 il müstəqil olub və iki dəfəyə işğal olunub. Birinci dəfə ətrafı, ikinci dəfə özü”.
Sonra da deyir ki, 2 il bundan əvvəl havada bir ölkə yaratdılar və adın da
“Zəngəzur Türk Respublikası qoydular”. Daha sonra həyasızcasına diqqəti
çəkmək üçün bu böhtan bir çıxarış kimi ayrıca , həm də söhbətin bütöv
versiyasında verilir. Bu yaramaz professor utanmadan, çəkinmədən dövlət
başçımıza böhtan ataraq onun adından deyir ki, guya Azərbaycan prezidenti 4
il bindan əvvəl açıq şəkildə deyib: “Mən şəxsi fikrimi bildirirəm, biz Qarabağı
azad etdikdən sonra, sonrakı addımımız Qərbi Azərbaycanı və daha sonra
Cənubi Azərbaycanı azad etməkdir”.
Özünün irqçı, antitürk, antiazərbaycan mövqeyi və yazıları ilə seçilən cavan
professor da deyir ki, “Azərbaycan başlanğıcdan bir anti İran proyekti olub.”
Guya İkinci Qarabağ müharibəsi işğal olunmuş ərazilərin azad edilməsi üçün
deyil, İran əleyhinə yönəlmiş bir müharibə idi. Digər yerdə o iddia edir ki, əgər
Ermənistanın cənubu işğal edilsə, İran məhv olar, çünki türk dövlətləri
tərəfindən mühasirəyə alınmış olacaq.
Bu bədbəxt insan “mühasirə” sözünün mənasını guya bilmədiyini nümayiş
etdirir. Çünki İranın 15 qonşusundan yalnız üçü türk ölkəsidir. Hər iki “alim”in
iftira və böhtanlarını saymaqla qurtaran deyil.
Böhtançılq panfarsistlərin milli kimliyinin ayrılmaz elementinə çevrilib, buna
çarə yoxdur.

 

Şərhlər bağlıdır.