Zərifin istefasının səbəbləri

İran prezidentinin strateji məsələlər üzrə köməkçisi Məhəmməd Cavad Zərif, İslam Respublikasının məhkəmə hakimiyyətinin rəhbəri Qolam Hüseyn Möhseni-Əjhayi ilə görüşdən sonra istefa vermək qərarına gəlib. O, bunun səbəbini “X” sosial şəbəkə hesabında paylaşım edib. Zərif yazır: “dünən məni çox hörmətli məhkəmə hakimiyyətinin rəhbəri görüşə dəvət etdi. O, ölkədəki mövcud vəziyyəti nəzərə alaraq, hökumətə qarşı təzyiqlərin artmasının qarşısını almaq üçün universitetə (müəllimliyə) qayıtmağı tövsiyə etdi”.
O, Prezident Məsud Pezeşkianı dəstəkləməkdən qürur duyduğunu və ona, eləcə də xalqın xidmətçilərinə uğurlar arzuladığını bildirib.
Zərifin sözlərinə görə, son altı ay ərzində böhtan, təhqir və təhdidlərlə üzləşib, lakin ölkəsinə xidmət edəcəkdir.
Onu da deyək ki, bu, Zərifin hazırkı İran hökuməti dövründə ikinci istefa cəhdidir. İlk dəfə o, avqustun 11-də – vəzifəyə təyin olunduqdan cəmi on gün sonra istefa verib.
O zaman Zərif qərarını “öz işindən narazılığı” ilə izah etmişdi. İkincidə isə
Pezeşkianın prezident seçilməsindən sonra yaradılan və yeni Nazirlər Kabinetinə namizədləri seçməkdən məsul olan məsləhət şurasının rəhbəri kimi fəaliyyətindən narazı olduğunu bildirmişdi. Lakin həmin vaxt prezident onun istefasını qəbul etməmiş və onu vəzifədə qalmağa razı salmışdı.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, vitse-prezident M.C.Zərifin istefası İran Prezidenti Məsud Pezeşkian tərəfindən hələ təsdiqlənməyib.
Həssas vəzifələr haqqında qanuna əsasən, M.C.Zərifin iki övladının ikili vətəndaşlığa malik olması səbəbindən vitse-prezidentlərdən biri təyin olunması qanunun açıq şəkildə pozulması və bu qanunun açıq mətninə zidd hesab edilir.
Qeyd edək ki, İran parlamentinin üzvləri iqtisadiyyat naziri Əbdülnaser Hemmətinin də impiçmentinə səs veriblər. Bu zaman ümumilikdə 273 səsdən, 182 səs iqtisadiyyat nazirinin impiçmentinin lehinə, 89-u əleyhinə, ikisi isə bitərəf olub.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.