ILAM SEPAH rəsmisi: “Heç bir quruma Novruz şənliyi keçirməyə icazə verilmir”

Daha SEPAH komandiri Sadeq Hüseyniyə nə deyəsən: min illər boyu qeyd
edilən Novruz bayramı ilə bağlı şənliyi keçirtmək niyyətində deyil. Sadəcə deyir
ki, icazəsi yoxdur.
Bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu – HRANA xəbər verir.
Məlumata görə, komandir qədim Novruz bayramını “mədəni dəyərlərə zidd”
hesab edib və sosial şəbəkələrdə Novruz bayramı üçün çağırış edənlərin
müəyyən edilərək barələrində tədbir görüləcəyini açıqlayıb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.