Kürdün sevdiyi qatil Simkonun foto şəkili

Mühacir kürdlərdən Urmiya adına İran məclisinə göndərdikləri Hakim Məmkan
Qaqarin “Urmiya qəssabı” kimi tanınan İsmayıl Simkonun fotosunun altında
xatirə şəkli çəkdirib.
İsmayıl Simko (Smitko) I Dünya Müharibəsi illərində rus və fransızların
dəstəklədiyi ermənilərin hücumları və qırğınları nəticəsində Urmiya və Salmas
şəhərlərinin müdafiə quruluşu dağıldığı vaxt bu şəhərlərə hücum edərək Qərbi
Azərbaycanda türk xalqının canına, malına, namusuna qəsd etməyə, talan
etməyə çalışan şəxsdir.
İsmayıl Simkonun törətdiyi cinayətlər və faciələr hələ də bölgə əhalisinin
yaddaşındadır və Rəhmətullah Xan Mötəməd Əl-Vüzarə “Urmiya dünyanı
yandıran müharibədə” kitabında və Qulam Xan Heşmət “Moyehaye-Şəhri
Qərib” kitabında həmin faciələri günbəgün qələmə alıblar.
İndi isə onun nəvəsi Qaqarin və oğlu Arman “Simko” qaçaqmalçı və terrorçu
dəstəsinin başçıları olub, babalarının yolunu davam etdirirlər. Bu dəstə SEPAH
ın icazəsi ilə bölgənin narkotik ticarətinin bir hissəsinə nəzarət etməklə yanaşı,
həm də SEPAH ilə PKK arasında əlaqə rolunu oynayır və lazım gəldikdə
Zindəşti çetesi ilə terror əməliyyatlarında iştirak edirlər.
Bu hadisələrdən biri də İnqilab Keşikçiləri Korpusunun 2022-ci ildə İstanbulda
israilli turistlərə sui-qəsd cəhdi olub. Terror əməliyyatlarını koordinasiya etmək
üçün Türkiyəyə gedən Simko qruplaşmasının bəzi üzvləri və liderləri Türkiyə
təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdillər.
Hazırda Qərbi Azərbaycanın dağlarında PKK düşərgələrinin yaradılması, Qərbi
Azərbaycanda PKK-nın şəhər quruluşu, Zindəşti və Simko dəstələrinin
rəhbərlik etdiyi mafia quruluşları Qərbi Azərbaycanın təhlükəsizliyini təhdid
edən ciddi təhdidlərdəndir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.