İranda mədən çökdü: Ölən və yaralanan var

İranın Qərbi Azərbaycan əyalətinin Mehabad şəhərindəki mədənlərdən biri
çöküb.
Bu barədə “Azad İran” məlumat yayıb.
Məlumata görə, mədən çökən zaman iki işçi dağıntılar altında qalıb.
Xilasetmə qruplarının səyi ilə onlardan biri yüngül xəsarətlərlə dağıntılar
altından çıxarılsa da, digəri aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.