İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun İran məsələləri üzrə
eksperti Ben Sabti “Mario” qəzetinə müsahibəsində Bəndər Abbas
partlayışlarının İran rejimini ciddi şəkildə zəiflətdiyini bildirib. O, Bəndər
Rəcainin rolunu İran hökumətinin yaşaması üçün vacib adlandırıb və
deyib: “Rəcai limanının əhəmiyyəti təkcə onun İslam Respublikasının ən
mühüm və ən böyük ticarət limanı hesab edilməsində deyil, eyni zamanda
bu liman vasitəsilə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)
Hizbullah və Husilər üçün silah və hərbi texnika, eləcə də qaçaqmalçılıq
yolu ilə neftin Çinə daşınması üçün istifadə edir.
Ben Sabti daha sonra deyib: “İran rejiminə yaxın olanlar adətən belə
hadisələri İsrailə aid etsələr də, İslam rejiminin özü belə mövqelərdən rəsmən
çəkinir. Çünki o, bunu hazırda öz maraqlarına uyğun görmür”
Sabti yekunlaşdıraraq bildirib ki, Bəndər Abbasın infrastrukturuna ciddi
ziyan dəyərsə, İnqilab Keşikçiləri neft və qaçaq silahların ixracında, İslam
Dövləti isə həyati əhəmiyyətli malların idxalında çətinliklərlə üzləşəcək.
Digər iranlı-israilli tədqiqatçı Meir Cavidanfər “Mario”ya deyib ki, Rəcai
limanında partlayan kimyəvi birləşmə – natrium perxlorat Çindən gətirilib və
İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ballistik raketləri üçün bərk yanacaq
hazırlamaq üçün istifadə olunmalı idi. O, həmçinin Bəndər Abbas
partlayışlarının səbəbinin daxildən olduğunu bildirib və İslam rejimini ölkəni
idarə etməkdə uğursuzluqla xarakterizə edib.
Cavidanfər birmənalı olaraq üçüncü ölkənin – ABŞ və ya İsrailin bu
partlayışda iştirakını qəbul etmir. Çünki onun sözlərinə görə, hazırda ABŞ və
İran danışıqlar aparır və Trampın İran rejimi ilə razılığa gəlib-gəlməyəcəyini
bilməsi vacibdir. Cavidanfər daha sonra əlavə edib ki, İsrail hökuməti
Baydendən daha çox Tramp administrasiyasından qorxur və hazırda Trampın
mövqeyini zəiflədəcək heç bir addım atmır.
Nasir Etemadi – Radio “France International”
Təqdim etdi: Səməd Bayramzadə
Şərhlər bağlıdır.