Son aylar Kipr adasının tanınması və ya tanınmaması, Avropa ittifaqının
“presedent” yaratmaq səyləri geniş müzakirə olunur. xanım Ursula fon der
Leyen və Avropanın yunan sevgisi növbəti dəfə özünü qeyri-peşəkar şəkildə
göstərir.
Ölkələrin ərazi bütövlüyü üçün ölkə və dövlət atributları olmalıdır. Kipr adası
haqqında dövlət sərhədləri və ərazi bütüvlüyü mövzusu heç vaxt müzakirə
obyekti olmayıb. Bütün müzakirələr adanın bütövlüyünün qorunub saxlanılması
haqqında gedib ki, türklər və Türkiyə də əslində bu mövqeyi həmişə müdafiə
edib.
Dünyada milli zəmində olan konfliktlərin hər biri fərqlidir, konfliktin tarixçəsı,
səbəbləri, geosiyasətdə çəkisi və bir çox xüsusiyyətləri onlara fərdi yanaşmanı
tələb edir. Lakin bu konfliktləri birləşdirsək də, ayırsaq da son 50 ilin təcrübəsi
göstərir ki, Avropa ittifaqı və qərb konfliktlərin həlli baxımıbdan tamamilə acizdir,
əksinə konfliktlərin yaranmasına və onun antaqonizmə keçməsində maraqlıdır.
Kipr heç bir zaman Yunanıstanın ərazisi olmayıb və Kipr adasında heç bir
zaman legitim yunan dövlətçiliyi qurulmayıb. XIX əsrin sonlarında Kipr adasını
rus işğalından qorumaq üşün Osmanlı İngiltərə ilə razılağa gəlir və idarəetmə
ingilislərin əlinə keçir (1877-1878-ci illərdə türk-rus müharibəsindən sonra).
1915-ci ildən sonra (I dünya müharibəsi zamanı) Türkiyə və İngiltərənin müxtəlif
bloklarda olması səbəbindən ada bütünlüklə İngiltərəyə tabe edilir.
Türkiyədə Cümhuriyyətin qurulmasından sonra yunanların iddiaları daha da
çoxalır. Yunanların millətçilik ruhunda tərbiyə olunması region üzərində böyük
siyasət aparan qüvvələrin marağında idi. 1830-cu ildə yunanlar Osmanlı
hakimiyyətindən azad oldularsa da dövlət qura bilmədilər və monarxiya qurmaq
məqsədi ilə Bavariya aristokratlarından, həddi-buluğa çatmamış Bavariyalı
Ottonu hakimiyyətə gətirdilər. Bir müddətdən sonra onu da devirib Daniya
şahzədəsini hakimiyyətə gətirdilər. Balkan muharibəsində müttəfiqlərin
hesabına ərazisini genişləndirdi, nəhayət I dünya muharibəsində o əraziləri
yenidən itirdilər. 1940-da italyanlar Yunanıstanı işgal etdi, müharibədən
sonra vətəndaş muharibəsi başlandı və 1949-cu ildə səltənət yenidən
bərpa olundu və bu da 1967-ci ilə qədər davam etdi.
1946-cı ildə avropalıların statistikasına görə Kipr adasında əhalinin 18 faizi türk
idi. Bu rəqəmə özləri də inanmadılar və keşiş II Makariusun 1950-ci
ildə keçiridiyi referendum göstərdi ki, belə deyil. Makarius bilərəkdən ki, türk
müsəlmandır və kilsəyə gəlməyəcək, seçki məntəqələrini kilsələrdə təşkil etdi
və səs verənlərin 95 faizi yunanıstanla birləşməyə səs verdi.
İngilslərin himayəsi ilə ayaqda duran Kipr yunanları 1955-ci ildə ingilislərə qarşı
qiyam qaldırdı. 1959-cu ildə London və Sürix müqavilələri imzalandı. Bu
müqaviləyə görə həm İngiltətə həm də Türkiyə adaya qoşun yerləşdirmək
hüququ qazanırdı.
Keçirilən seçkilər və müşahidələr əhalinin say nisbətinin 70-30 faiz olmasını
göstərirdi. Beynəlxalq qüvvələr prezidentin yunan, baş nazirin türk olması
təkliflərini irəli sürərək Kipr adasında vahid hakimiyyətin qurulmasını istəyirdi.
Belə bir hakimiyyət üç il çəkdi – 1963-cü ildə keşiş III Makarius Kipr Türklərinin
bu hüquqularının alınması barədə çağırış etdi. Yenə də Kiprdə qırğınlar
başladı.
Kipr yunanlarının Yunanıstan sevgisi heç bir şəkildə əsaslandırılmırdı, çünki,
Yunanıstanın özünün doğru-düzgün dövləti yox idi. 1967-1974-cü illərdə “qara
palkovniklər” xunta dövləti qurur. Yunanıstan NATO-dan çıxır.
On il -1974-cü ilə qədər sülhməramlılar Kipr adasında qarşıdurmanı
dayandırmağa çalışdılar. 1974-cü ildə türklər yenə də adaya qoşun yürüdür və
qırğınların qarşısını alır. iki ay ərzində türk əsgəri qırğınların qarşısını tamamilə
alır. Lakin Kiprin avropalı himayədarları yunan tərəfinə haqq qazandırmaq üçün
türk qoşununu işğalçı adlandırdı.
1983-cü ildə Şimalı Kipr Türk Cümhuriyyəti təsis olunanda BMT-nin
Təhlükəsizlik Şurası 541 və 550 nömrəli qətnamələr qəbul etdi. Bu
qətnamələrin əsas ideyası adanın bütövlüyünü saxlamaq olsa da türk azlığı
bütövlüyə mane olanların yunanlar olduğunu sübut edə bilmədi. Lakin, sakit bir
düşüncə formalaşırdı ki, əgər bu qətnamələr adanın birliyini saxlayacaqsa qoy
olsun…
Hər şey 2004-cü ilin aprelində Annan təklifi ilə aydınlığa çıxdı. Adanın birliyinə
yönəldilmiş və uzun müddət danışıqların nəticəsində adada səsvermə keçirildi.
Ada ərazisinin 37 faizi türklərdə olsa da Annan layihəsində türklərin dövlətdə
iştirakı üçdə bir olaraq təklif edilirdi. Türklər səsvermədə 65 faizlə layihəni
dəstəklədilər, yunanlar – 73 faiz layihənin əleyhinə səs verdilər.
2024-cü ilin səsverməsi göstərdi ki, türklər adanın birliyi üçün çox böyük
fədakarlıq etdilər və bir çox hüquqlarınından da imtina etdilər. Lakin,
seçkilərdən sonra cənubi kiprlilər Avropa İttifaqına qəbul olundular. Hamı
görürdü ki, artıq 1983-cü il qətnamələri legitimliyini itirib. Məgər xanım Fon der
Leyen bunu bilmirdi?
Bu gün də türklər adanın bütünlüyü üçün hər şey edirlər. Orta Asiya
respublikaları da Kipr adasının tanınması yolunda adanın bütünlüklə tanınması
və oranın türk azlığının hüquqlarının tanınması şəkilində mövqe tuta bilərdilər.
Son nəticədə Kipr türkləri separatçı deyil, heç kimə qoşolub-qarışmaq istəmir
və adanın bütövlüyünə ziyan edən addımlar da atmır. Bəs bu politoloqlar onun
nəyinə separatçı deyir?
Problemdən xəbəri olmayanlar, müxtəlif mövqeləri dəstəkləyənlər və ya tənqid
edənlər anlamalıdır ki, Kipr adası heç bir zaman Yunanıstanın olmayıb və
Avropa İttifaqından da onların təcrid olunması ciddi hüquq və milli
diskriminasiya hesab edilməlidir. Türk dövlətlərinin Kipr adasının türk azlığının
hüquqlarının qorunması və Avropa İttifaqının repressiyalarından qorumaq üçün
türk dövlətlərarası komissiyanın yaradılması və vahid strategiyanın işlənib
hazırlanmasının vaxtı çatmışdır.
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
Şərhlər bağlıdır.