Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi “Gəncə və
gəncəlilər” layihəsi çərçivəsində görkəmli xanəndə, Göygöl Dövlət Mahnı və
Rəqs Ansamblının solisti Rövşən Behcətin əziz xatirəsi yad edilib.
Gecədə Sahil Quliyevin dirijorluğu və bədii rəhbərliyi, Göygöl Dövlət Mahnı və
Rəqs Ansamblının müşayiəti ilə Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist
Kəmalə Tağızadə, solistlər Zəminə Mustafayeva, Azər Verdiyev, Şirxan
Cahangirov, Samir Məmmədov, İlham Qasımov, Xəyal Əliyev, Əli Məmmədov,
Əziz Əhmədov, Seymur Hüseynovun ifasında Cahangir Cahangirov, Oqtay
Kazımi, Ələkbər Tağıyev, Nəriman Həsənzadə, Əhsən Dadaşov, Novruz
Feyzullayevin “Göygöl”, “İntizar”, “Ay qız”, “Biri sənsən biri mən”, “Şikayətim
var”, “Məhəbbət”, “Yandırdı qəlbimi aman” mahnıları səsləndirilib.
Qeyd edək ki, Rövşən Behçət 13 mart 1945-ci ildə Təbriz şəhərində anadan
olub. 1961-ci ildə ailəsi ilə birgə Gəncə şəhərinə mühacirət ediblər. 1993-cü ildə
iflic keçirdikdən sonra sənət fəaliyyətini dayandırıb. Onun ifasında bir çox
mahnılar, muğamlar, təsniflər və sair “Qızıl fond”da saxlanılır.
Azerbaycan-ruznamesi.org
“Gəncə və gəncəlilər” layihəsində Rövşən Behcət yad edilib – FOTO
Şərhlər bağlıdır.