İran millət vəkili etiraz etdi: parlmanet üzvləri kasıb görünüb, zəngin yaşayırlar…

İran millət vəkili Məhəmməd Mənnan Rəisi parlament nümayəndələrinin ayda
50 milyon tümən (585 $) maaş aldıqlarını, ancaq Tehranda 10 mənzilə sahib
olduqlarını bildirib.
“Gəliri az olan millət vəkilləri necə bu qədər evə sahib ola bilir? Bəziləri Məclisə
üzv seçiləndə ayaqyalın gəlsə də, sonradan varlanaraq 50-yə yaxın mənzili
olduğu ortaya çıxır”, – deyə, Məhəmməd Rəisi vurğulayıb.
Millət vəkillərinin qanunsuz işlərlə də məşğul olduğunu dilə gətirən deputat,
deyib ki, buna səbəb parlament seçkilərində namizədlərə düzgün səs
verilməməsidir. O, qeyd edib ki, “şəhərlərdə kim daha çox pul xərcləyirsə, millət
vəkili o olur”.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.