Keçmiş müşavirlə birgə Əraqçıya niyə “donuz” dedilər

Hindistanın milli müdafiə nazirinin keçmiş müşaviri və hərbi ekspert
Qarav Arya İran xarici işlər naziri Abbas Araqçını təhqir edib. Bu, iki ölkə
arasında böyük siyasi qalmaqal yaradıb.
Qarav Arya iranlı nazirin Hindistana səfərini canlı televiziya proqramında şərh
edərək deyib: -Araqçı Pakistanda olub və Şahbaz Şərif də daxil olmaqla, ölkənin yüksək
rəhbərliyi ilə görüşüb. Daha sonra Hindistana gəlib. Əgər bu donuz oğlu
donuz səmimi idisə, Pahalgamda baş vermiş terror hadisəsindən dərhal
sonra Hindistana gəlməli idi. İran rəsmilərinin hamısı qeyri-səmimidir və
daha çox öz maraqlarına xidmət edirlər.
Proqram zamanı Qarav Arya ekranda Araqçı ilə bağlı xəbərin footsuna da
donuz yazıb. Bu isə rəsmi Tehran tərəfindən narazılıqla qarşılanıb.
Hadisə ilə bağlı Tehrandakı Hindistan səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Hindistan səfirliyi isə bildirib ki, Qarav Arya azad vətəndaşdır və səsləndirdiyi
fikirlər Hindistan hökumətinin rəsmi mövqeyini əks etdirmir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.