Insan haqları təşkilatının verdiyi məlumata görə Təbriz Universitetinin tələbəsi
22 yaşlı Ehsan Fəridi edam cəzasına məhkum olunub.
Edam barədə qərarı Təbrizin İnqilab Məhkəməsinin 2-ci bölməsi yayıb.
Məlumatdan göründüyü kimi E.Fəridi “müharibə” (dini hakimiyyətə qarşı
çıxmaq) ittihamına görə ölüm cəzasına məhkum olunub.
Təbriz Universitetinin inşaat və istehsalat mühəndisliyi fakültəsinin tələbəsi
Ehsan Fəridi 19 may 2024-cü ildə Ümumi və İnqilab Məhkəməsinə
çağırıldıqdan sonra həbs edilmişdi. Təbrizin mərkəzi həbsxanasına
köçürüldükdən sonra ona bu cəza kəsilmişdir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.