İran prezidenti Məsud Pezeşkianın Kirmanşah iqtisadi fəalları qarşısında çıxışı

İran prezidenti Məsud Pezeşkian Kirmanşah iqtisadi fəallarının toplantısında
ABŞ prezidenti Donald Trampa xitabən demişdir: “Tramp, bölgədəki bütün
cinayətlərin və iğtişaşların səbəbkarı sizsiniz. Fikirləşirdin ki, şüarşüar
verəcəksən, biz də qorxacağıq? Bizim üçün şəhidlik yataqda ölüməkdən qat
qat şirindir. Bizi qorxutmağa gəlmisən?”
Prezident Məsud Pezeşkian bir daha ittiham barmağını ABŞ hökumətinə tərəf
tuşladı və regiondakı bütün etibarsızlıqları Donald Trampla əlaqələndirdi. O,
ABŞ prezidentinə müraciət edərək demişdir: “Tramp, regiondakı bütün
cinayətlər və iğtişaşlar sənin başının altından çıxır”.
Pezeşkian tanış və təkrarlanan tonda bölgədəki bütün cinayətlərə və iğtişaşlara
görə Trampın məsuliyyət daşıdığını iddia edib və eyni zamanda ABŞ-ı insan
haqlarını pozmaqda ittiham edib: “Tramp düşünür ki, o, bizə sanksiya tətbiq edə
bilər və eyni zamanda insan haqlarından danışa bilər.
İran prezidenti Qəzzədəki vəziyyətə toxunaraq və regionda silahlı
qruplaşmalara dəstək verməkdə İranın rolunu qeyd etmədən deyib: “Tramp,
deyirsən ki, biz təhlükəliyik, sən isə təhlükəsiz? Mən demirəm ki, biz
günahsızıq, amma siz bütün dünyanın gözü qarşısında soyqırım edirsiniz”.
Pezeşkian həmçinin İran millətinin təhdidlərə boyun əyməyəcəyini və möhkəm
dayanacağını iddia edərək öz çıxışına davam edib. O, təfərrüatlara varmadan
bildirib ki, “yerli alim və mütəfəkkirlər” özləri İranı dirçəldə bilər və heç kim
digərindən üstün deyildir.
Pezeşkianın bu açıqlamaları İranda iqtisadi böhran, yoxsulluq, korrupsiya və
etirazların yatırılmasının ictimai rəydə əsas məsələyə çevrildiyi bir vaxtda
səslənir. Bununla belə İslam Respublikası rəsmiləri hələ də xarici düşmənçiliklə
ictimai rəyi istiqamətləndirməyə və Amerikaya qarşı təkrar şüarlar
səsləndirməyə üstünlük verirlər.
Jurnalist və islahatçı siyasi fəal Əhməd Zeydabadinin president Pezeşkianın bu
çıxışına reaksiyası:
Bu cür zəif və şüar səsləndirməklə verilən reaksiya prezidentin səviyyəsinə və
ləyaqətində yaraşan deyil.
Problemlər açıq-aydın görünür və insanlar onları yaxşı bilirlər. Cəmiyyət cənab
Pezeşkiandan daha güclü reaksiya və cavab tələb edir. İran siyasətində adi
təcrübədən fərqli olaraq, sərt cavab inkar və sərt sözlər demək deyil, əksinə
problemlərin mövcudluğunun etirafıdır, onların köklü səbəblərini məntiqi izah
etmək və onların aradan qaldırılmasının düzgün yolunu nümayiş etdirməkdir.
İnsanlar da gərək bunu dürüst və ritorikasız görsünlər.
Təqdim etdi: Səməd Bayramzadə

Şərhlər bağlıdır.