“Telegram”ın yaradıcısı Pavel Durov dünən “X” hesabında paylaşım edərək
bildirib ki, bu yaz Fransa kəşfiyyatının rəhbəri Nikolas Lerner ondan
Rumıniyada qarşıdan gələn seçkilərə qədər mühafizəkar səslərin fəaliyyətini
məhdudlaşdırmağı istəyib.
Pavel Durovun sözlərinə görə, o, belə bir xahişi yerinə yetirməkdən imtina edib.
“Biz Rusiyada, Belarusda və ya İranda etirazçıların qarşısını almadıq.
Avropada bunu etməyəcəyik”, – deyə, “Telegram”ın yaradıcısı vurğulayıb.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.