Doktor Sadiqin oğlu Ərdəbildə atasının adına Azərbaycanşünaslıq Kitabxanasının yaradılmasına çağırır.
Professor Hüseyn Məhəmmədzadə Sadiqin sağ qalan oğlu Eldar
Məhəmmədzadə xeyirxah bir təşəbbüslə çıxış edib. O, atasının ədəbiyyat, din,
fəlsəfə, ilahiyyat, rabitə, iranşünaslıq, azərbaycanşünaslıq və dilçilik sahəsində
20.000 cilddən çox ixtisaslaşdırılmış kitabın olduğu əsərləri kitabxanaya ianə
edib.
Həmin əsərlərin yeri və rolu haqqında danışarkən o bildirib ki, altmış ildən çox
elmi səylə atam ədəbiyyat, din və ilahiyyat, fəlsəfə, rabitə, azərbaycanşünaslıq
və dilçiliyin müxtəlif sahələrinə aid 20 mindən çox ixtisaslaşdırılmış kitablar
toplusu tərtib etmişdir ki, bunların yarısı fars, digər yarısı müxtəlif türk dilləri,
ingilis, rus və ərəbcədir.
O qeyd edib ki, kitab toplusunun təkcə Azərbaycan üçün yox, bölgədəki bütün
tədqiqatçılar üçün böyük önəm daşıyır. E.Məhəmmədi kitabxananın rəqəmsal
versiyasının yaradılması ilə bağlı planlarının olduğunu bildirib:
-Yaxın vaxtlarda direktorlar şurası formalaşdırılaraq və lazımi icazələr
alınmaqla, bu əsərlərin rəqəmsal versiyalarının tədqiqatçıların və maraqlı
şəxslərin istifadəsinə verilməsi üçün elektron kitabxana istifadəyə
veriləcək.Ərdəbil vilayətinin Xalq Kitabxanalarının Baş direktoru ilə keçirdiyim
görüşdə bu kitabxananın Ərdəbil vilayətinə köçürülməsi şərtlərini yazılı şəkildə
elan etdim və bu vilayətin mədəniyyət idarələrindən cavab gözləyirəm.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.