“Anti-Pəhləvi sindromu” nədir?

Bir güneylinin düşüncələri
04.06.2025-ci ilin iyun ayının 4-də Londondan yayınlanan “keyhan” saytında
Diako Hejirin “anti pəhləvi sindiromu” adlı məqaləsi məcbur edir ki, İran
demokratik mətbuatının hələdə geniş və məzmunlu fəaliyyət göstərmədiyini
etiraf edək. Bu sayt İrandan qarət yolu ilə Amerikaya aparılmış xalqın milli
sərvəti hesabına çap olundugunu bilirik. Lakin informasiya məkanında gündəm
yaratmaq istəyən bu analitiklərin cavabını da vermək zəruridir.
Sindrom birlikdə baş verən və müəyyən bir vəziyyət və ya xəstəlik üçün
xarakterik olan əlamətlər və simptomlar toplusudur. Sindrom özü bir xəstəlik
deyil, problemi göstərən simptomlar qrupudur. Əgər müəllif bu əlamətləri
nəzərdə tutursa onunla razılaşmaq olar. Çünki, “Pəhləvi hakimiyyəti” İran
coğrafiyasında bir xəstəlik vəziyyətinə çatmışdı və insanlar bu xəstəlikdən
qurtarmağın uzun müddət sevincini yaşadı. İranın bütün ərazisində, eləcə də
güney Azərbaycanda “kim gəlirsə gəlsin, təki pəhləvi getsin” şuarı ölkəni bu
vəziyyətə gətirdi. Əgər bu gün pəhləvi təhlükəsi olarsa o zaman anti pəhləvi
sindromundan danışmaq olar ki, bütöv hazırki durum göstərir ki, belə bir təhlükə
mövcud deyil.
İranın milli sərvətini şəxsi malı kimi aparıb Amerikada eyş-işrət edən pəhləvi
ailəsi hələ yüz il bundan sonra da “mədhiyyə” yazdırmaq üçün jurnalistə
verəcək pulu olacaq. Odur ki, adı çəkilən məqalənin müəllifi aldığı qonorarı
haqq etmək üçün çalışıb və gündəm yaratmaq üçün əlindən gələni edib.
Məqalənin yalnış birinci paraqrafını diqqətinizə təqdim edirəm: “İran tarixi bir
qovşaqdadır. Korrupsiya, səmərəsizlik və repressiyalardan əziyyət çəkən İslam
Respublikası hökuməti həmişəkindən daha zəif və dəstəksizdir. İqtisadi çöküş,
qlobal təcrid və geniş yayılmış xalq narazılığı rejimi süqut astanasına gətirib.
Bununla belə, milli birlik həmişəkindən daha vacib olanda, qəribə və öz-özünə
məhvedici vəsvəsə müxalifətin sıralarını parçalamağa davam edir və biz bunu
nə adlandırmalıyıq: anti-Pəhləvi sindromu”.
Hörmətli jurnalistə demək lazımdır ki, İranda pəhləvilərdən heç bir əlamət
yoxdur və “anti-pəhləvi” əlamətləri dediyi sindrom yalnız tarixi yaddaşda
mövcuddur. Milli birlik haqqında ritorika ümumiyyətlə anlaşılmır ki, hansı
millətdən söz gedir? Pəhləvilər İranda kiçik bir siyasi və maliyyə elitası
yaratmışdı ki, özləri qaçanda onlar da birlikdə qaçdılar. Əsasən Amerikaya və
İngiltərəyə qaçan bu “İranın milli birlik ünsürləri“ peşman da deyillər. Çünki
İranda qalmalı olsaydılar, Bəhmən inqilabı olmasaydı da dərinləşən yoxsulluq,
fəsad və fəlakət gözlərinin qabagında baş verəcək idi, və bu onların rahatlıgını
pozacaq idi.
İndi dünyaya “ümumiran milli birliyi” olaraq özünü təqdim edənlər bir qrup
azərbaycanlılığını bilən və onu təkidlə gizlədən pəhləvi ailə üzvləri, bir qrup
qacarlardan qalmış və pəhləvilərə beyət etmişlər, bir qədər də mən
“Tehranlıyam” deyən kor, kürd və gilək nümayəndələridir ki, saraya xidmət
etmiş və onlardan status əldə etmişlərdir. Əlbətdə ki, bunların ətrafında melkum
xanlar və yeprem xanlar da yox deyil. Bunlar kimlərlə yeni İran qurmaq
istəyirlər? İranda azərbaycanlıların rəyi soruşulmadan dövlət ayaqda qala bilər?
Bu pəhləvilər, Azərbaycana etdikləri xəyanətin peşmançılığını məgər elan
ediblər?
Bu, mühacirətdə tam rahatlığını qazanmış pəhləvi qaçqınlarının müsəlman
olmaları haqqında da dəqiq məlumat yoxdur. Bəhayi olmaları haqqında fikirlər
də çox geniş yayılıb. Bunlar hələ də anlamayıblar ki, İranda islamın alternativi
yenə də islamdır.
Tez-tez Qacarlarla özlərini müqayisə edən bu pəhləvi qaçqınları anlamırlar ki,
Qacarlar Şah idilər, səltənət qurmuşdular və hakimiyyətə fəth yolu ilə
gəlmişdilər. Onların nifrəti necə böyük idisə, məhəbbətləri də yox deyildi. Xalqa
xidmət etməyin yolunu axtarmaq üçün xeyli çabaladılar, etibar etməməli
adamlara etibar etdilər, düzgün olmayan şəxslərə inandılar, onlara yüksək
məqamlar verdilər, “ziyanlı” ölkələrlə həmkarlıq etdilər, yanlış siyasətləri
dəstəklədilər və təslim oldular. Geri çəkildilər. Pəhləvilər isə etimad aldığı
hakimiyyətə xəyanət etdilər, etibar edilmiş məqamlara haram qatdılar, dövlət
çevrilişi etdilər və hakimiyyətə gəldilər. Xalq da bunu bilir və xatırlayır. Bunu
gələcək nəsillər də biləcək.
İran həmişə türk xalqının dominantlığı üzərində ayaqda durub, asayiş tapıb və
dövlət qurub. Pəhləvilər Qacarların lənəti olaraq hakimiyyətə gəldi və İranın
bütün millətlərinin nifrətini qazandı. Məddah jurnalist bir misal çəkə bilmir ki,
pəhləvilər zamanı İranda kimlər, hansı xalqlar rahat və xoşbəxt yaşayıb?
Əxlaqsız bir hakimiyyət quran bu ailə birinci Rza Pəhləvinin sürgün edilməsinin
təəssüfünü çəkmədi, Məhəmməd Rzanın 1946-cı il Azərbaycan qırğınlarının
təəssüfünü çəkmədi. Bu ailə analarının, arvadlarının tayfasına düşmən oldular,
Ariyaçılıq ilə gülünc vəziyyətə düşüb heç şirazlıların da məhəbbətini
qazanmadılar. “Təxdi cəmşiddə” özlərinə məzar yeri qurdularsa da onlara nəsib
olmadı, bəs bu ailənin İranda dayağı kimdir? Heçkim. İran xalqları bu ailənin
hesabına qarət olundular və mədəni tarixin 60 il gerisində qaldılar.
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru

Şərhlər bağlıdır.