Bu gün Azərbaycan Demokrat Firqəsinin bir qrup yetkilisi Bakının Fəxri
Xiyabanında olacaq, Ümummilli Lider Heydər Əliyevin, Cənubi Azərbaycanda
milli azadlıq hərakatının rəhbəri olmuş Seyid Cəfər Pişəvərinin və general
Qulam Yəhyanın abidələrini ziyarət edəcək, gül-çiçək dəstələri qoyacaq və
xatirələrini yad edəcəklər.
Həmin gün İranlı Mühacirlər Cəmiyyətinin Yazarlar Birliyinin sədri, 5 kitab
müəllifi Tariyel Ümidin 80 yaşı qeyd olunacaq, ona partiya qarşısındakı
xidmətlərinə görə ADF-nin Fəxri Diplomu təqdim olunacaq.
Mərasim barədə saytımızda ətraflı məlumat veriləcəkdir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.