MEHR agentliyinin verdiyi xəbərə görə ötən gün Tehran prokurorluğunun göstərişi ilə “Əlif” saytının fəaliyyəti dayandırılıb. Saytın bağlanmasının səbəbləri açıqlanmayıb, lakin İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyi saytın bağlanmasının qanuni olduğunu vurğulayıb.
Birgə bəyanatı İranın 23 tanınmış xəbər saytı, o cümlədən rajanews, fardanews, mashreghnews, fararu, siratnews, 598, bultannews, iran diplomatic və s. imzalayıb. Onlar “Əlif” saytının fəaliyyətinin tezliklə bərpa olunmasını tələb ediblər.
Onu da deyək ki, sayt bu ilin mart ayında “Əlif” saytı ABŞ Dövlət
Departamentinin farsdilli sözçüsü Alan Eyrlə müsahibə almaq üçün öz
oxucularına müraciət və onları bu müsahibə üçün suallar verməyə dəvət
etmişdi. Saytın bu addımı İran hökumətinin kəskin etirazına səbəb olmuşdu və
İslami İrşad və Mədəniyyət Nazirliyi bəyanat yayaraq bu hərəkəti tənqid etmişdi.
Hökumətə yaxın saytlar isə “Əlif” saytını ABŞ-ın tribunası olmaqda ittiham
etmişdilər.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.