Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən
qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığı
zamanı bildirib.
O qeyd edib ki, İranın hava məkanının bağlı olduğu nəzərə alınaraq
Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın
nümayəndələrinə keçid üçün şərait yaradılıb.
Şərhlər bağlıdır.