Güney Azərbaycan Cümhuriyyət Partiyasının (ACP) İran–İsrail savaşı ilə bağlı bəyanatı

İran–İsrail arasında baş verən qarşıdurma bölgəmizdə təhlükəli və dönüş
nöqtəsi ola biləcək bir mərhələyə qədəm qoymuşdur.
ACP olaraq bildiririk ki, bu savaş rejimin illərlə yürütdüyü paniranizm siyasəti və
bölgədə sabitliyi pozan fəaliyyətlərinin nəticəsidir.
Güney Azərbaycan Cümhuriyyət Partiyası bu prosesləri diqqətlə izləyir və
bütün hallarda Güney Azərbaycan millətinin güvenəliği (təhlükəsizliyi), milli
hüquqları və gələcəyi naminə məsuliyyətlə davranacaqdır. Tarixin bu həssas
anında ACP, xalqımızın öz müqəddəratını təyin etmək haqqını qoruyacaq və
bölgəsəl hadisələrin yaratdığı imkanları milli maraqlarımız istiqamətində
dəyərləndirəcəkdir.
Biz inamla bildiririk: Güney Azərbaycan milləti ayıqdır, birlik içindədir və hər
zaman öz taleyini öz əli ilə müəyyənləşdirmək gücündədir. Bütöv Azərbaycan
xalqının iradəsi, Türk dünyasının dəstəyi və beynəlxalq hüquq bizim əsas
dayağımız olacaqdır.
Bölgədə yaranacaq yeni düzəndə Güney Azərbaycanın milli iradəsi gözardı
edilə bilməz. Güney Azərbaycan gəncliyi olaraq keçmişdəki səhvlərin
təkrarlanmasına əsla yol verməyəcəyik.
ACP olaraq, sülh, hüquq, milli haqlar, milli hakimiyət, milli
Cümhuriyyət çərçivəsində bu yeni mərhələyə hazır olduğumuzu bir daha
bəyan edirik.
Yaşasın azadlıq və ədalət uğrunda mübarizə!
Yaşasın Azərbaycanın Cümhuriyyət və istiqlal yolu!

Şərhlər bağlıdır.