İsrailin İrana hücumu Azərbaycana necə təsir edə bilər?

Ssenarilər

İsrail yenə də gecə vaxtı İrana hücum edib.
İran Azərbaycanın qonşusu, İsrail isə tərəfdaşıdır. Bəs, bu hücum Azərbaycana
necə təsir edə bilər?
Siyasi təhlilçi Şücaət Əhmədzadə deyir ki, İsrailin İrana hücumu Azərbaycanla
İranın yaxşılaşan münasibətlərini sınaya bilər.
“Əgər qarşıdurma lokal və limitli olarsa, İsrailə İran da sırf dronlarla cavab
verərsə onda hansısa de-eskalasiyanın gedəcəyin gözləmək olar. Yox, əgər
esakalasiya gedərsə, Yaxın Şərqdə daha geniş qarşıdurma ola bilər. Onda
Azərbaycan üçün vəziyyət çox çətin olacaq”, – Şücaət Əhmədzadə deyib.
Təhlilçi hesab edir ki, İran-İsrail münaqişəsi qızışsa, böyük müharibəyə çevrilsə
Azərbaycan qaçqın axını ilə üzləşə bilər.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.