Görün “Mossad” haralara sızır…

İranın Rey şəhərində İsrail kəşfiyyat agentliyi “Mossad”-ın kamikadze
pilotsuz uçan aparatları (PUA) və əldəqayırma bombalar yığdığı
emalatxanası aşkar edilib.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, bunu şəhərin hüquq-mühafizə
orqanlarının rəhbəri polkovnik Hüseyn Mafi bildirib.
Onun sözlərinə görə, pilotsuz təyyarələr və onların istehsalı üçün istifadə
olunan avadanlıqlar müsadirə edilib.
H. Mafi deyib ki, insanların bir mənzilə şübhəli baş çəkmələrlə bağlı verdiyi
ifadələr əsasında məhkəmənin göstərişini alan kəşfiyyat qrupları və polis
bölmələri dərhal əməliyyata başlayıb: “İstintaq zamanı mənzildə xeyli sayda
pilotsuz uçuş aparatı, kamikadze aparatlarının istehsalı üçün avadanlıq,
əldəqayırma bombalar və digər əşyalar aşkar edilərək götürülüb”.
Mafi əlavə edib ki, emalatxanada 200 kiloqramdan çox partlayıcı maddə və
intiharçı dronların hazırlanması  üçün çoxlu avadanlıq tapılıb.

 

Şərhlər bağlıdır.