Təhlükəsizlik məmurları bu gün səhər saatlarında təbrizli yazıçı, fotoqraf və
türkoloq Rəhim Baqqal Əsgərini həbs edib.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, bu haqda onun yaxınları məlumat
yayıb.
Təhlükəsizlik məmurlarının heç bir məhkəmə hökmü təqdim etmədən yazıçını
qandallayaraq özləri ilə apardıqları bildirilib.
Onun hara aparıldığı və həbs səbəbi barədə məlumat verilməyib.
Şərhlər bağlıdır.