HRANA – İran İnsan Haqları Fəalları Dərnəyinin xəbər agentliyi İsrail ilə İslam
Respublikası arasında hərbi qarşıdurmanın 11-ci günün hücumlarından sonra
24 nəfərin həlak olduğunu və hökumət tərəfindən həbs edilən vətəndaşların
sayının 705 nəfərə çatdığını açıqlayıb.
HRANA-nın məlumatına görə, döyüşlər başlayandan bəri yaralananların
ümumi sayı 3458 nəfərə çatıb, indiyədək 974 nəfər həlak olub. Bu rəqəmə həm
mülki şəxslər, həm də həlak olan əsgərlər daxildir.
Həmçinin, son on bir gündə 281 İran vətəndaşı kiberməkanda fəaliyyətlərinə və
İsrailin İrana hücumu ilə bağlı məzmun dərc etdiklərinə görə həbs edilib.
Bundan əlavə, bazar ertəsi (23.06.2025) təhlükəsizlik səbəbiylə 61 nəfərin
həbsi ilə təhlükəsizlik məhbuslarının sayı 424-ə yüksəlib.
Azerbaycan-ruznamesi.org
Əvvəlki
Şərhlər bağlıdır.