Cümə günü Türkiyənin İstanbul şəhərində İran, İngiltərə, Fransa və
Almaniya nüvə proqramı ilə bağlı danışıqlar aparacaqlar.
Azerbaycan-ruznamesi.org “Reuters”-ə istinadla bildirir ki, bu barədə iyulun
21-də İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi məlumat verib.
İran XİN-nin nümayəndəsi deyib ki, onun ölkəsi ilə İngiltərə, Fransa və Almaniya
arasında görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində olacaq.
İyulun 25-nə planlaşdırılan danışıqlar bir ay əvvəl İsrail və ABŞ-nın İranın nüvə
obyektlərinə hücumundan sonra üç ölkənin xarici işlər nazirlərinin iyulun 17-də
İranın Xarici işlər naziri Abbas Əraqçi ilə ilk telefon danışığından sonra baş
tutacaq.
Şərhlər bağlıdır.