“Paydari Cəbhəsi”nin Azərbaycana qarşı görünməmiş böhtanları

“Paydari Cəbhəsi” kimi tanınan ekstremist qruplaşmanın simalarından
olan Tehran və Reyin İran parlamentindəki nümayəndəsi Kamran
Qəzənfəri Azərbaycanın ünvanına təhqirlər yağdırıb.
O, İran parlamentindəki uzun çıxışında Azərbaycanı İranla müharibədə
İsraillə birbaşa və davamlı əməkdaşlıqda ittiham edib və Azərbaycana
qarşı İsrailə hərbi və kəşfiyyat bazalarının verilməsindən tutmuş Rəisinin
öldürülməsində əməkdaşlığa qədər bir çox iddialar irəli sürüb. O,
Azərbaycanın məqsədinin İslam Respublikası rejimini devirmək
olduğunu və bu istiqamətdə İsraillə əməkdaşlıq etdiyini iddia edib.
Daha sonra hücumlarını Məsud Pezeşkiana çevirib: “O niyə
Azərbaycana səfər edir, niyə prezident İlham Əliyevlə dostluq və şəxsi
münasibətlər qurur?! Məgər bilmir ki, o (Red – İlham Əliyev) İslam
Respublikasını devirməyə çalışır?!”.
Kamran Qəzənfəri əslində Məsud Pezeşkianı da İslam Respublikası
rejimini devirmək istəməkdə günahlandırıb. Bu iddia daha əvvəl Paydari
Cəbhəsinin digər türk və Azərbaycan əleyhdarı üzvü Əbülfəzl Zöhrəvənd
tərəfindən irəli sürülüb. Bu iddianın təkrarlanması onu göstərir ki, Paydari
hərəkatı sistemli şəkildə Pezeşkianı meydandan uzaqlaşdırmaq, hətta
mümkünsə məhkəməyə vermək üçün onu düşmən hökumətlərlə
əməkdaşlıqda və rejimi devirməyə çalışmaqda ittiham etməyə çalışır.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.