Azərbaycanlılar İranın bölünməsinin qarşısını aldı

Vilayəti

Bundan əvvəl İranın parçalanmasına çalışan güclər indi də Zəngəzur
dəhlizi vasitəsilə bunu həyata keçirməyə çalışırlar.
Bu sözləri İranın dini rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti deyib.
“ABŞ və beynəlxalq sionizm İranın strateji mədəni dərinliyindən narahatdır və
həmişə bu kimliyin əsaslarını zəiflədərək milli təhlükəsizliyimizə zərər vurmağa
çalışıblar”, – o əlavə edib.
Şeyx Səfiəddin Ərdəbilinin anım mərasimində çıxış edən müşavir
azərbaycanlıları İranın keşikçisi adlandırıb:
“Azərbaycanlılar Osmanlı və Rusiya işğalçıları qarşısında müqavimət
göstərərdilər, Azərbaycan Demokrat Firqəsi məsələsində də azərbaycanlılar
müstəmləkəçilərin və onların əlaltılarının planlarını pozaraq İranın
parçalanmasının qarşısını aldılar”.
Qeyd edək ki, Vilayəti Zəngəzur dəhlizinə qarşı dayanmadan bəyanatlar
verməklə məşğuldur.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.