Qəzza zolağında davam edən ərzaq böhranı insan tələfatına səbəb olmağa davam
edir.
Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, aclıq və qida çatışmazlığı
nəticəsində ölənlərin ümumi sayı 217-yə yüksəlib.
Onlardan 100-nün uşaq olduğu bildirilir.
Son 24 saatda daha beş nəfər həyatını itirib
Nazirliyin açıqlamasına əsasən, son sutka ərzində Qəzza xəstəxanalarında ikisi
uşaq olmaqla beş nəfər aclıqdan ölüb. Bu, bölgədə humanitar fəlakətin
dərinləşdiyini bir daha göstərir.
Son iki ildə artan faciəvi statistika:
Qəzza rəsmilərinin məlumatına görə, yalnız bu ilin əvvəlindən indiyədək aclıqdan
ölənlərin sayı 163-ə çatıb. 2024-cü ildə bu göstərici 50 nəfər, 2023-cü ildə isə 4
nəfər olub.
Hazırda bölgədə həm ərzaq, həm də tibbi ləvazimat çatışmazlığı müşahidə olunur.
Beynəlxalq təşkilatlar Qəzzada aclığın geniş miqyas almasının qarşısını almaq üçün
təcili humanitar yardım çağırışları edirlər.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.