İranda ailə faciəsi: 10-a yaxın insan güllələnərək öldürüldü

Avqustun 14-də axşam saatlarında Gülüstan əyalətinin Amol şəhərində baş verən ailə faciəsi
bütün İranı sarsıdıb. Ailə başçısı əvvəlcə həyat yoldaşını və iki övladını güllələyərək qətlə yetirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Qatil sonra qayınatası, iki baldızı, bacanağı və onun azyaşlı oğlunu da öldürüb. Hadisədə daha üç
nəfər ağır yaralanıb.
Təqsirkar cinayəti törətdikdən sonra canına qəsd edib. Hadisənin ailə münaqişəsi zəminində
törədildiyi açıqlanıb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.