Xəzər dənizinin adını kim bəyənmədi

İran molla rejiminə bağlı alim, Tehran Universitetinin professoru,
arxeoloq doktor Həsən Fazili müsahibəsində Xəzər dənizinin adını
bəyənmədiyini söyləyib və insanlardan “Xəzər” adını işlətməməyi
istəyib.
Tehran Universitetinin professoru bu anti-türk fikirlərinə don geyindirmək üçün dənizə “Xəzər”
adının verilməsinin yəhudilər tərəfindən həyata keçirildiyini iddia edib.
İran rejimi rəsmiləri illərdir ki, “Xəzər dənizi” adını “Dərya Mazandaran” kimi uydurma adlarla
əvəz etməyə çalışırlar.
Xatırladaq ki, “İran millətçiliyi” pərdəsi altında təqdim edilən antitürkçülük və fars irqçiliyi İranda
son yüz ildə institutlaşdırılıb və bu ölkədəki türklər dəfələrlə farsların dil təzyiqinə,
aşağılanmasına, irqçi təhqirlərinə məruz qalıb. İran hökuməti də sistemli şəkildə irqçiliyi
cəmiyyətə aşılayır. İran dərsliklərində, mediasında, rəsmi mətbuatında türklər aşağılanır, onların
tarixi və kimliyi təhrif edilir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.