Pezeşkianın oğlu mühafizəkarların liderini niyə “kor” adlandırıb

İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian İranda ultra mühafizəkar qanadın
lideri Səid Cəlilini kəskin tənqid edib.
O, “X” Platformasında dolayısı ilə mühafizəkarların liderini “kor” adlandırıb.
Yusif Pezeşkian yazıb: “Səid Cəlili gözlərinə qara eynək taxıb. Bu səbəbdən də hər şeyi
ağ-qara görür. Danışıqlar bütün problemlərin həlli deyil. Danışıqlardan danışmaq
bütpərəstlik deyil”.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.