İranın daxili işlər naziri İskəndər Mümini Əfqanıstan və Pakistanın şərq
sərhədində 130 kilometrlik divar inşa etdiklərini açıqlayıb.
Mümini ölkənin şimal-şərq sərhədinə baxış keçirib.
Nazir bildirib ki, indiyədək təxminən 130 kilometr divar tikilib, 185 kilometrlik
infrastruktur işləri tamamlanıb.
Qeyd edək ki, bir neçə ay öncə İranın güc strukturu səlahiyyətliləri Əfqanıstan
və Pakistanın daxil olduğu şərq sərhədində ilin sonuna qədər 400 kilometrlik
təhlükəsizlik divarının tikiləcəyini və divarın 103 kilometrinin artıq tikildiyini
açıqlayıblar.
Tehran administrasiyası isə bəyan edib ki, Əfqanıstan-Pakistan sərhədində 4
metr hündürlüyündə beton divar inşa etməklə qanunsuz miqrasiya və rejim
əleyhinə casusların ölkəyə girməsinin qarşısını almağı hədəfləyirlər.
Azerbaycan-ruznamesi.org
Əvvəlki
Növbəti
Şərhlər bağlıdır.