Bəhmən Otaylı Allahın qarğıdığı ölkə

İranı sanki Allah qarğıyıb. Bir dəli gedir, o biri gəlir, bir zalım gedir, o biri xain
gəlir. 100 ildir bu ölkədə davamlı olaraq, “kar getməmiş kor gəlir”. – 1925-cı ildə Rza şah Pəhləvi, Qacar höküməti süquta uğradıqdan sonra,
İngilislər tərəfindən hakimiyyətə gətirildi. 1941-ci ildə isə İngilislər tərəfindən
taxt-tacı əlindən alınaraq ölkədən qovuldu. – 1941-ci ildə Rza şahin oğlu Məmmədrza şah, İngilis və Amerikanlar tərəfindən
şahlıq taxtına oturduldu, 1979-ci ildə inqilab nəticəsində ölkədən qaçmağa
məcbur oldu.
– 1979-ci ildən bu günə kimi isə İran əhalisi, hakimiyyətə yiyələnən Molla
Rejiminin cahil, ədalətsiz və yarıtmaz idarəçilərinin əsiridir. Nəticə göz
qabağındadır. – İndi də 1979-cü ildən ölkəni tərk edib, bu günə kimi atasının taladığı pulların
sayəsində xaricdə eyş-işrətlə həyat sürən Rza Pəhləvi, (Məmmədrza şahin
oğlu) İsrail və Amerika tərəfindən hakimiyyətə gətirilməsini gözləyir. Bu
mümkün görünməsə də, İranın gələcəyinin nə qədər qaranlıq və qarışıq
olacağının bir işarəsidir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.