İranda turistlərə növbəti QADAĞA

İrana təkbaşına səyahətdən qorxurlar?!
İran Xarici İşlər Nazirliyi xarici turistlərin İrana təkbaşına səyahətini qadağan
edib və viza almaq üçün tələb olunan şərtləri xeyli sərtləşdirib.
Bu barədə “Azad İran”a istinadən azerbaycan-ruznamesi.org xəbər verir.
Yeni qaydalara əsasən, viza müraciətçiləri sosial media hesablarına qədər
şəxsi məlumatlarını təqdim etməlidirlər. Bundan əlavə, rəsmi turizm agentliyi ilə
müqavilə, hotel rezervasiyası təsdiqi, tam səyahət marşrutu və lisenziyalı
bələdçi ilə müşayiət olunmaq məcburidir.
Əlavə olaraq, müraciət edənlərdən CV, təhsil və səyahət tarixçəsi də tələb
olunur. İran səfirlikləri ərizələri 2-3 həftə ərzində araşdıracaq.
Qeyd olunur ki, İran hökuməti İsraillə 12 günlük müharibədən sonra ölkədə
təhlükəsizlik nəzarətini gücləndirib.Rəsmilərin açıqlamasına görə,
müharibədən sonra İrana gələn xarici turistlərin sayı 53% azalıb.

Şərhlər bağlıdır.