Qaradağ Milli Qısa Teatr Festivalının açılış mərasimində Əhər şəhərinin
fərmandarı (rayon başçısı) Sadiq Əhmədi deyib: – Bəziləri ənənəvi Azərbaycan rəqsi ifa etməkdən qorxur, siz öz
sənətinizi ifa edirsiniz və cahillərə qarşı müqavimət göstərin.
Fərmanda ənənələr qorunmalı, məhdud və dar düşüncəli
cərəyanların yerli xalqların sənətlərinin yaranmasına və
çiçəklənməsinə mane olmasına yol verilməməlidir.
Onu da deyək ki, Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində mədəni
tədbirin açılış mərasimində SEPAH-a bağlı radikal qrup Azərbaycan
rəqsinin ifa olunmasına mane olmağa çalışıb. Fərmandarın, mədəniyyət
xadimlərinin və tədbir iştirakçılarının müdaxiləsi nəticəsində onları cəhdi
baş tutmayıb.
Azerbaycan-ruznamesi.org
Əvvəlki
Növbəti
Şərhlər bağlıdır.