Yenidənqurma adı altında Ərdəbilin Səfəvilər dövrünə aid bazarı dağıdılır və abidənin tarixi memarlıq üslubu dəyişdirilir.
Mədəni irs sahəsinin araşdırmaçısı və fəalı Hamid Əbiturabi deyib: – Abidənin ağac dirəkləri sökülərək metal sütunlarla əvəz edilib, daşdöşəmələr və naxışlı tavanlar müasir tikililərdə istifadə olunan mərmər və qranitlərlə örtülüb.
Əbiturabi bunun yenidənqurma deyil, bilərəkdən tarixi memarlıq abidəsinin məhv edilməsi olduğunu bildirib: “Artıq abidənin tarixi memarlıq üslübu yoxa çıxıb və müasir alı-veriş mərkəzləri formasına salınaraq məhv edilib”.
Fəal bunun sadəcə Ərdəbil bazarı ilə məhdudlaşmadığını və son 20 il ərzində əyalətin başqa tarixi abidələrinin də yenidənqurma adı altında dağıdıldığını qeyd edib.
Azerbaycan-ruznamesi.org
Əvvəlki
Şərhlər bağlıdır.