Azərbaycan Demokrat Firqəsi -80 yubileyi münasibətilə Clubhouse-da konfrans
çıxışçı yazıçı publisist və ADF- in beynəlxalq komitə məsulu Abdulla Əmir Haşimi Cavanşir
3 sentyabr Azərbaycan Demokrat Firqəsi -80 yubileyi münasibətilə Clubhouse-da konfrans
Konfrans ADF-in mənsubları tərfindən bazar günü 25-09-07-də 150 iştirakçıların böyük maraq və həvəsilərilə keçirildi. Konfransın çıxışçısı yazıçı publisist və ADF- in beynəlxalq komitə məsulu Abdulla Əmir Haşimi Cavanşir və təşkilatçıları: ADF-in sədri Rəhim Hüseynzadə, MK- nin üzlərindən olan Pərviz Kazemi, Səriyə Ərdəbilli, Rəhim Şəhbazi ,Nadir Ajannəjad və Ayda Əmir Haşimi -dən ibarətidi.
4 saat davam edən canlı konfrans Azərbaycan Milli Hökumətinin Himni ilə başlanaraq ADF-in şəhidlərinin xatirəsinə hörmət olaraq bir dəqiqə sükut elan olundu. 30 dəqiqəlik Cavanşir müəllimin çıxışı mikrofona veriləndən sonra xeyli maraq doğulan söbətlər və müzakirələr başlandı. Sonra iştirakçılar həm şifahi həmdə yazılı formada ADF -in dünəni – bugünü , və enişli- yoqquşlu yolu, nailiyyətləri və hədəfləri həmçinin ADF-in Güney Azərbaycanda aparılan mübarizədə nüfuzu , rolu barədə geniş suallari cavablandırdı. Xüsusilə Çıxışçımız, təkid edərək qeyd etdi ki bu gün Güney Azərbaycanda “Azadlıq, Ədalət, Milli Hökümət” hərəkatı və şüarı, millətimizin birinci məqsədinə çevrilmiş eyni zamanda ADF-in müəllifi olan Milli Hökumətinin bərpası yolunda, xalqımızın iradəsinin göstəricisidir.
Konfransda ADF-in digər məsulları çıxış edərək suallar barədə faktlar və sənədlər ortaya qoyaraq, iştirakçıların marağına səbəb olan əhval-ruhiyyə yaratdılar. ADF-in 80 illik yubiley konfransı bir çox təbrikləri səsləndirməklə Azərbaycan Milli Hökumətinin himn ilə başa çatdı.
Şərhlər bağlıdır.