Kəleybərin su qaynaqları quruyub

Güney azərbaycanın Kəleybər Şəhərini içməli su ilə təmin edən quyular
quruyub. Bu barədə Az.newstv-yə istinadən Azerbaycan-ruznamesi.org xəbər
verib.
İllik yağıntının 400 millimetrdən çox olduğu Şərqi Azərbaycan əyalətinin
Kəleybər şəhəri bu yay düzgün idarəetmənin olmaması səbəbindən ciddi içməli
su çatışmazlığı qarşı-qarşıya qalıb.
Kəlibar Şəhər Su və Kanalizasiya İdarəsinin rəisi Seyid Cavad Tacaəddini
“XəbərƏməd” kanalı ilə əlaqə saxlayaraq, Kəleybər şəhərini içməli su ilə təmin
edən bütün quyuların quruduğunu və hazırda müvafiq orqanlar tərəfindən
Peyğam bəndinin yerində su quyularının qazıldığını bildirib.
Mütəxəssislər Kəleybər şəhərində su böhranının əsas səbəbləri kimi köhnəlmiş
su paylayıcı şəbəkəni və lazımi idarəetmənin olmaması səbəbindən Peyğam
bəndinin qurumasını hesab edirlər.

Şərhlər bağlıdır.