İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistanla sərhəddə yerləşən
Midjav şəhərində tankerlərdən məcburi şəkildə yanacaq götürmək üçün çənlər
quraşdırıb, lakin buna etiraz edən bölgə əhalisi onları yandırıb.
Etirazçıların sözlərinə görə, çənlərin yaradılması layihəsi yanacağın bir hissəsinin
təhlükəsizlik qüvvələrinə və dövlət qurumlarına tabe olan şəxslər arasında
bölüşdürülməsini nəzərdə tutur, yanacağın bir hissəsi isə tankerlərdən ucuz qiymətə
alınacaq.
Bölgə əhalisi və regionun müxtəlif tayfaları daha əvvəl dəfələrlə bu layihənin həyata
keçirilməsi ilə razılaşmadıqlarını bəyan ediblər, çünki bunun qırx-əlli mindən çox
insanın işsizliyinə səbəb olacacağını düşünürlər.
Azerbaycan-ruznamesi.org
Etirazçılar çənlərin çoxunu yandırıblar, qalanlarını isə deşiblər.
Növbəti
Şərhlər bağlıdır.