İranın keçmiş prezidentinin qızının işi məhkəmədə

“Tasnim News” xəbər verir ki, bu gün İranın keçmiş prezidenti Haşimi
Rəfsəncaninin (1989-1997) qızı Faizə Haşimiyə məhkəmə işi açılıb.
Məlumata görə, Faizə Haşiminin dünən televiziya kanallarından birinə atasının
daxili qüvvələr tərəfindən öldürülməsi ilə bağlı açıqlamasından sonra
məhkəmədə hüquqi iş qaldırılıb.
Hökumət mediası bunu “dəqiq olmayan məlumat” adlandırıb və xanım Haşimi
izahat üçün məhkəməyə çağırılıb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.