ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Conatan Hacket
bildirib ki, SEPAH iPhone, avtomobil və lüks məhsulların qaçaqmalçılığı da
daxil olmaqla qara bazara tam nəzarət etməklə əsas gəlir mənbəyini
formalaşdırır. Zabit bildirir ki, bu qeyri-rəsmi iqtisadiyyat həm ali rəhbər Əli
Xameneyinin, həm də SEPAH-ın maliyyəsini artırır, eyni zamanda xalqın
üzərinə əlavə yük qoyur.
Qeyd edilib ki, ABŞ-nin Birgə Hərtərəfıi Fəaliyyət Planından (JCPOA) çıxması
və sanksiyaların bərpası maliyyə resurslarını daha da SEPAH-ın əlində
cəmləşdirib və bu proses Xameneyinin və SEPAH strukturlarının daha da
varlanmasına gətirib çıxarıb.
Xarici mənbədən götürülmüş mənbədə vurğulanıb ki, “SEPAH itkilərdən deyil,
sanksiyalardan qazanc götürür”.
Keçmiş kəşfiyyatçının dediyinə görə, SEPAH komandirləri, o cümlədən Qasım
Süleymani və İsmayıl Qaani, müxtəlif ölkələrə çoxsaylı diplomatik pasportlarla
sərbəst səfərlər ediblər.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.