İgidin hər gün ziyarət etdiyi otaq

 

Bu gördüyünuz otaq onun hərsəhər baş çəkdiyi, kimisini ziyarətlə, kimisini isə
hörmət və izzətlə önündə baş əydiyi müqəddəs məkandır. – Xalq
Qəhrəmanlarıdır. Nizami hər dəfə bura qədəm basanda elə bilir ki, ilk dəfədir
burada addımlayır. İlk dəfə bura gəldiyndən addımlarını ehtiyatla atır.
Bir vaxtlar boş toraq sahəsində olan həmin ərazilər bura gələnləri heyrətdə
saxlayır. Onlar zəhmətini qiymətləndirərək ürəkdən deyirlər “bu inqilabçı övladı,
mühacir balası, gör nələr yaradıb!”
Baxın, tezliklə Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi 21 Azər Hərakatının 80
illik yubileyi qeyd olunacaq. Onda cəmi 10 yaşı var idi. Ağlı kəsən qədər xalq
inqilabının nə olduğunu bilirdi. Təbrizdə yaşıdları ilə birbirinə qoşulub bu
insanların boy-buxununa, gəzdirdiyi silahlara həsədlə baxırdı. Cəmi bir ildən
sonra atası, tanınmış inqilabçılar gecə ikən alnından öpüb “tezliklə görüşərik”
dedi. Amma sifətini beş ildən sonra gördü. Xəzərdə gəmi 8 nəfər inqilabçı
balasını gizlicə aradan çıxartdı. Bu qaçaqlar inqilabçı balaları idi. Bakıya gəldilər
sonra isə müxtəlif rayonlarda məskunlaşdılar. Bu yaşantı da fədai Hüseynə və
övladı Nizamiyə isti ocaq bəxş etmədi. Ata da bala da mühacir həyatı yaşadılar.
Hüseyn kişi günlərlə övladına həsrət qaldı. Vətən adlı diyar da həsrətə çevrildi.
Nizami fikirləşir ki, hara gedibsə, harada olubsa ömrü mübarizələrdən,
səngərlərdən, döyüşlərdən keçib. Yevlaxda oxuyub, Seyid Cəfər Pişəvəri adına
internat məktəbində fars dilini öyrənib. 1978-ci ildə Ali Hərbi Təhsil Ocağında
oxuyanda ona tam aydın idi ki, gələcəkdə onu hansı peşə gözləyir.
Çox təəssüf ki, Nizaminin də başı bu yolu seçənlərlə birgə daşdan-daşa dəydi.
Semipalatinskidə nüvə silahının sınaqdan keşirilməsi zamanı şüalanmaya
məruz qaldı. Əfqanıstanda qızğın döyüşlərin birində aldığı kantuziyanın ağrı
acılarını indi də bədənində yaşadır.
Yəqin ki, çoxunuz uşaqlıqda “Əsl insan haqqında povest”in ekranlaşdırılmış
versiyasına baxmısınız. Bu elə Nizaminin həyatıdır. Onun əsl inqilabçılar
ailəsinin layiqli üzv olduğunu özünün, atasının və ailə üzvlərinin hansı
işkəncələrə məruz qaldığını demək kifayətdir. 1992ci ildə Xocəvəndhadisələri
zamanı Ağdamdaolan Nizaminin döyüş təcrübəsi Əsgəranın geri alınmasında
öz sözünü deyib.
Yəqin ki, o vaxtın müəyyən xəyanətləri olmasaydı mübarizə bu qədər uzanmaz,
Qarabağ cəbhəsində xidmət edən bacısı bombardman nəticəsində həyatını
itirməzdi.
Hadisələri göz önünə gətirəndə indi əyani bilirsən ki, mayor Nizaminin bu qədər
ürək yanğısı nədəndir, haradandır? O, daim döyüşdədir, lakin bu dəfə xeyirxah
əməlləri ilə. Həssas qəlbi ilə vətəninə, insanlara əlindən gələni əsirgəmir. 20
Yanvar Cəmiyyətinin fəallarından biri kimi bu keyfiyyətlərinə görə onun xətrini
çox istəyirlər. Qarabağ müharibələrində birincidə 250 min manat yardımı
“Ədalət” qəzetinin xətti ilə ön cəbhəyə çatdırıb. Müdafiə Nazirliyi ona 150
qramlıq bir çüt qızıl sırğanın və 800 manat nağd pulun cəbhəyə göndərilməsi
barədə arayışlar verib.
Türkiyənin Afrin döyüşlərində iştirak edənlərə 700 manat hesaba pul köçürəndə
rahat nəfəs alıb. 2 qaçqın ailəsinə yardım göstərəndə özündərahatlıq tapıb. İndi
bilirsiniz ki, niyə o, Heydər Əliyev kimi müstəqil Azərbaycanın rəhbərinin
portretini görəndə, Rəcəb Tahir Ərdoğana qürurla baxanda, Prezidentimiz, Ali
Baş Komandanımız İlham Əliyev xilaskarlıq missiyasını başa çatdıranda, eləcə
də bu yolda tarixi xidmətləri olanlara nəzər salanda niyə bu qədər fərəh hissi
keçirir.
Bu qürurlu bir yaşantıdır. Tamaşaçıları, otağı ziyarət edənləri-döyüşçülərin,
zabitlərin və xeyirxah insanların hər gün yaşadığı vüqar…
Rəhim Hüseynzadə,
Azərbaycanın əməkdar jurnalisti

Şərhlər bağlıdır.