“Ulu Öndər Heydər Əliyev və Cənubi Azərbaycan” – video
12 dekabr 2025 tarixində, Abdulla Əmir Haşimi (Cavanşir) vasitəsilə Azərbaycan Demokrat Firqəsinin ənənəvi "21 Azər Həftəsi" çərçivəsində "Ulu Öndər Heydər Əliyev və Cənubi Azərbaycan" mövzusuna həsr edilmiş planlaşdırılmış online konfrans keçirildi. Tədbir, Cənubi Azərbaycan Milli Hökumətinin 80 illiyinin ildönümündə ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində Cənubi Azərbaycana göstərdiyi xüsusi münasibətin müzakirəsi məqsədilə təşkil olunmuşdu.
12 dekabr 2025 tarixində, Abdulla Əmir Haşimi (Cavanşir) vasitəsilə Azərbaycan Demokrat Firqəsinin ənənəvi “21 Azər Həftəsi” çərçivəsində “Ulu Öndər Heydər Əliyev və Cənubi Azərbaycan” mövzusuna həsr edilmiş planlaşdırılmış online konfrans keçirildi. Tədbir, Cənubi Azərbaycan Milli Hökumətinin 80 illiyinin ildönümündə ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində Cənubi Azərbaycana göstərdiyi xüsusi münasibətin müzakirəsi məqsədilə təşkil olunmuşdu.
Konfransa moderatorluq edən Ayda Əmir Haşimi çıxışında vurğuladı ki, bu tədbir yalnız tarixi bir hadisənin qeyd olunması deyil, həm də Heydər Əliyev irsinin Cənubi Azərbaycanla bağlı baxışlarını ictimai yaddaşa bir daha xatırlatmaq baxımından mühüm platformadır.
Konfransın əsas məruzəçisi – Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə səfir Eynulla müəllim Mədətli çıxışında Heydər Əliyevin Cənubi Azərbaycana yanaşmasının yalnız emosional deyil, dərin siyasi strateji məna daşıdığını qeyd etdi. O bildirdi ki, ümummilli lider Cənubi Azərbaycanla bağlı məsələləri daim diqqətdə saxlayır, bu bölgənin haqq səsini dünyaya çatdırmaq üçün həm sovet dövründə, həm də müstəqillik illərində ardıcıl fəaliyyət göstərirdi.
Tədbirdə həmçinin ADF-nin ABŞ Komitəsinin məsulu Rəhim Şahbazi, İsveçdə fəaliyyət göstərən Qobustan Aydınlar Ocağının sədri Səadət Kərimi, İsveç Təsviri İncəsənət Dərnəyinin sədri Rəşadə Moen, ADF-nin təşkilat məsulu Pərviz Kazımi və Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq Əlaqələr Məsulu Abdulla Əmir Haşimi (Cavanşir) öz çıxışlarında vuğuladılar ki, Heydər Əliyev üçün Cənubi Azərbaycan məsələsi yalnız coğrafi və ya etnik bir məsələ deyildi – bu, milli və mənəvi bütövlük anlayışının ayrılmaz tərkib hissəsi idi. O, bu məsələni heç vaxt siyasi ritorikaya qurban vermədi; əksinə, məsuliyyətlə və ardıcıllıqla gündəmdə saxladı. Sovet dövründə türk kimliyinin sıxışdırıldığı vaxtlarda belə, Heydər Əliyev ortaq türk irsinin – “Dədə Qorqud”, “Manas”, “Abay” – müdafiəsinə qalxır, ədəbiyyat və mədəniyyət vasitəsilə milli şüuru qorumağa çalışırdı. Cənublu yazarların əsərlərinin nəşrinə, Cənubi Azərbaycanla mədəni əlaqələrin davamlılığına şəxsən dəstək göstərirdi. Bu baxımdan onun fəaliyyəti yalnız siyasətçi kimi deyil, milli ideoloq kimi dəyərləndirilməlidir. Heydər Əliyev üçün Cənubi Azərbaycan sevgisi eyni zamanda bir ağrı idi – bu ağrı onun siyasi davranışına həssaslıq və humanistlik qatırdı. O, milli birliyin təməlini sadəcə sərhədlərdə deyil, mədəni yaddaşda və ümumi türk şüurunda görürdü. Konfransda qeyd olundu ki, ümummilli liderin türk dünyasına baxışı da Cənubi Azərbaycan məsələsindən ayrı deyil. Onun “Bir millət, iki dövlət” fikri zamanla bütün türk dünyasını əhatə edən siyasi düstura çevrildi. Bugünkü Türk Dövlətləri Təşkilatı və ortaq layihələr – iqtisadi, mədəni və təhsil sahələrindəki əməkdaşlıqlar – məhz Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsi kimi qiymətləndirilməlidir.
Konfrans yekununda bildirildi ki, Cənubi Azərbaycan hələ də öz milli azadlığına qovuşmayıb və bu, yalnız bir xalqın deyil, bütün türk dünyasının vicdan borcudur. Heydər Əliyev bu vicdani məsuliyyəti ilk olaraq yüksək tribunadan dilə gətirənlərdən olub və onun bu tarixi çağırışı bu gün də aktuallığını qorumaqdadır. Qeyd edək ki, tədbir Cənubi Azərbaycan Milli Hökümətinin himni ilə açıq- və bağlı elan edildi.
Konfransın video-lenti oxucularımıza təqdim edilir.
Şərhlər bağlıdır.