Nyu-Yorkun müsəlman meri həbsə qarşı çıxıb

Yeni vəzifəyə başlayan Nyu-York meri Zöhran Mamdani ABŞ prezidenti
Donald Trampa şəxsən zəng edərək Venesuelaya qarşı hərbi əməliyyata
və prezident Maduronun həbsinə qarşı çıxdığını bildirib. Mamdani bu
addımın rejim dəyişikliyi olduğunu, federal və beynəlxalq qanunları
pozduğunu Trampa çatdırıb.
Mamdani Trampla söhbətinin qısa olduğunu bildirib: “Prezidentə zəng etdim,
bu əməliyyata qarşı olduğumu açıq şəkildə bildirdim və məsələni orada
bağladıq”.
Venesuelanın paytaxtı Karakasda baş verən bir sıra partlayışlarla eyni vaxtda
baş verən bu danışıq ABŞ-ın Cənubi Amerikadakı hərbi əməliyyatını yenidən
diqqət mərkəzinə gətirib. Məlum olduğu kimi, Venesuela prezidenti Maduro
əməliyyatın bir hissəsi olaraq tutulub və ABŞ-a aparılıb.
ABŞ administrasiyası Maduronun Nyu-Yorkdakı Metropoliten Saxlama
Mərkəzində saxlanıldığını açıqladı. Qeyd edilib ki, Maduro Manhettendə
narkotik və silah ittihamları ilə mühakimə olunacaq və bazar ertəsi günü
məhkəmə qarşısına çıxa bilər.
Ağ Ev Mamdaninin Trampla görüşü ilə bağlı açıqlamasına münasibət
bildirməyib.
TAHİR

Şərhlər bağlıdır.