Böyük Britaniya parlamentinin üzvü, ölkənin sabiq təhlükəsizlik naziri Tomas Tuqendxat İranda davam
edən ümumxalq etirazları fonunda Rusiyanın yük təyyarələrinin paytaxt Tehrana gəldiklərini açıqlayıb.
O, Böyük Britaniya Xarici İşlər Nazirliyindən İran liderlərinin qaçmağa, yoxsa döyüşə hazırlaşması
barədə izahat istəyib.
“Rusiyanın yük təyyarələrinin Tehrana daxil olduğunu, təhlükəsizlik və əməliyyat mühiti yaratmağa
çalışdığını görürük. İrandan müxtəlif istiqamətlərə resurs və aktiv çıxarılması barədə hesabatları da
görürük”, – deputat bildirib.
Tuqendxat bu hesabatları “ayətullahların salamat qalmaq planlarının növbəti mərhələsi” kimi
qiymətləndirib. Keçmiş nazir rejim liderlərinin ölkədən qaçmağa hazır olduqlarını da iddia edib.
Azerbaycan-ruznamesi.org
Əvvəlki
Şərhlər bağlıdır.