İran Prezidenti Məsud Pezeşkian ölkədə iqtisadi vəziyyətin pisləşməsi fonunda keçirilən son etiraz
aksiyalarına dair rəsmi mövqeyini açıqlayıb.
O, İranın daxili işlər naziri Əhməd Vahidiyə etirazçılarla danışıqlar aparmağı və onların qanuni
tələblərini dinləməyi tapşırdığını qeyd edib. Pezeşkianın sözlərinə görə, məqsəd hökumətin mövcud
vəziyyətə məsuliyyətli şəkildə reaksiya verməsinə yardım etməkdir.
Qeyd edək ki, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması onun gündəlik əsas narahatlığı olaraq
qalır, bank və pul-kredit sistemində islahatlar isə hökumətin gündəliyindədir.
Etirazlar ABŞ dollarının bahalaşması və riyalın kəskin ucuzlaşması ilə bağlı narazılıqdan başlayıb və qısa
müddətdə geniş vüsət alıb. Dekabrın 29-da tətil və etiraz aksiyaları ölkə üzrə yayılıb, etirazçılar hakim
sistem əleyhinə şüarlar səsləndiriblər. Bazar ticarətçiləri isə ticarət obyektlərini bağlı saxlamağa davam
edəcəklərini bildiriblər.
Etirazlar zamanı İran Mərkəzi Bankının sədri istefa verib. Prezident Məsud Pezeşkian etirazları və
bazarlardakı gərginliyi sakitləşdirmək məqsədilə bu vəzifəyə sabiq rəhbər Əbdülnasir Hemmatini təyin
edib.
Azerbaycan-ruznamesi.org
Növbəti
Şərhlər bağlıdır.