Tehranda nəşr olunan “ Həm mihən” qəzetinin nəşrinə qadağa qoyulub. Bu haqda qəzetin redaktoru
Məhəmməd Cavad Ruh bildirib. O: -Qəzet etiraz aksiyaları ilə bağlı iki məqalə dərc etdiyinə görə Mətbuat Nəzarət Şurası tərəfindən qadağan edilib.
Redaktorun sözlərinə görə, “İlamdan Sinaya qədər xəstəxanaların macərası” başlığı ilə dərc olunan
məqalələrdən biri etirazlar zamanı tibbi yardımın toxunulmazlığının pozulması məsələsinə həsr
olunubmuş.
Etiraz aksiyaları zamanı hökumət məmurları yaralananların müalicə olunduğu xəstəxanalara hücum
edib, yaralıların müalicəsinə mane olub, ağır vəziyyətdə olan şəxsləri həbs ediblər.
Bir sıra insan haqları təşkilatlarının bildirdiyinə görə, xəstəxanalara hücum zamanı çox sayda yaralı
güllələnib.
Azerbaycan-ruznamesi.org
Növbəti
Şərhlər bağlıdır.